RU

Şimali Makedoniya-Albaniya sərhədinədək uzanan ötürücü xəttin təməli qoyulub

Bu gün "Bitola 2" yarımstansiyasından Şimali Makedoniya–Albaniya sərhədinədək uzanan 400 kV-luq ötürücü xəttin təməli qoyulub.

Aznews.az xəbər verir ki, bu barədə Şimali Makedoniyanı energetika, mədənçilik və mineral ehtiyatlar nazirliyindən bildirilib.

Qeyd edilib ki, bu irihəcmli layihə Şimali Makedoniyanın bütün qonşularla elektrik enerjisi bağlantısını tamamlayan strateji interkonneksiyadır və ölkənin regional energetikada etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir.

Energetika, mədənçilik və mineral ehtiyatlar naziri Sanya Bojinovska çıxışı zamanı bildirib ki, bu, ölkəsinin enerji sisteminin gələcəyini müəyyən edən layihədir:

"400 kV-luq xətt vasitəsilə ötürmə şəbəkəmizi gücləndirir və regional enerji axınlarında mövqeyimizi möhkəmləndiririk. Bu layihə investorlara bir mesajdır ki, ötürmə infrastrukturumuz gələcək iqtisadiyyat və yaşıl keçid üçün hazırdır".

Məlumata görə, layihə təkcə elektrik təchizatının təhlükəsizliyini və sabitliyini artırmır, eyni zamanda bərpa olunan enerji mənbələrinin daha geniş inteqrasiyasına imkan yaradır, enerji sektoruna investisiyaları təşviq edir və milli ötürmə sistemindəki boşluğu doldurur.

Избранный
26
1
aznews.az

2Источники