İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə İsrailin ölkənin səhiyyə müəssisələrinə hücumlarını pisləyib.
Missiya.Az "Report"-a istinadən xəbər verir ki, bu barədə M. Pezeşkian "X"dəki hesabında yazıb.
O, ABŞ və İsrailin İrandakı xəstəxana, əczaçılıq şirkətləri və Paster İnstitutuna hücumlarını anlaşılmaz adlandırıb:
"Mütəxəssis bir həkim olaraq, ÜST-ü (Ümumdünya Səhiyyə Təşkilatı), Qırmızı Xaçı (Beynəlxalq Qırmızı Xaç Komitəsi - BQXK), "Sərhədsiz Həkimlər"i və bütün dünyadakı həkimləri bəşəriyyətə qarşı bu cinayətə reaksiya verməyə çağırıram".