RU

Lökbatanda zülmətə qərq olan küçə: “Ayağımızın altını görmürük” FOTOLAR

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsinin sakiniəri neçə gündür işıqlandırma problemi ilə üz-üzə qalıblar. Avtosfer.az xəbər verir ki, qəsəbənin 30-cu Lökbatan küçəsində artıq bir müddətdir ki, işıqlandırma yoxdur. 

Sakinlərin verdiyi məlumata görə, küçə boyunca işıq dirəkləri mövcud olsa da, hava qaraldıqdan sonra onların heç biri fəaliyyət göstərmir:

“Axşam saatlarında həm piyadaların, həm də sürücülərin hərəkəti çətinləşir. Nə işdən gələn, nə də dükana getmək istəyən ayağının altını görür. Yol örtüyünün bərbad olması, hərəkəti daha da çətinləşdirir” – deyə onlar bildiriblər.

Ümid edirik ki, aidiyyəti qurum insafa gəlib sakinləri bu problemdən xilas edər.

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
16
avtosfer.az

1Источники