RU

2 Aprel Dünya Autizm Məlumatlandırma Günü münasibətilə maarifləndirici tədbir keçirildi

ain.az, Azxeber.com portalına istinadən məlumat yayır.

2 aprel tarixində Dünya Autizm Məlumatlandırma Günü çərçivəsində autizm mövzusuna həsr olunmuş maarifləndirici tədbir keçirildi. Tədbirin məqsədi autizm spektr pozuntusu ilə bağlı ictimai məlumatlılığı artırmaq, valideynlər və mütəxəssislər arasında təcrübə mübadiləsini təşviq etmək idi.

Tədbir səmimi ortamda, səhər yeməyi formatında təşkil olunaraq iştirakçılar üçün rahat ünsiyyət və açıq müzakirə imkanı yaratdı.

Tədbirin açılışı təşkilatçı və aparıcı Aysel Əsəd tərəfindən edildi. O, 2 autizmli uşaq anası kimi şəxsi təcrübəsini bölüşərək, maarifləndirmənin və valideyn dəstəyinin vacibliyini vurğuladı.

Proqram çərçivəsində nevroloq Ülviyyə Quliyeva, uşaq inkişaf mütəxəssisi və ailə danışmanı Aynurə Dastan, "Qüsursuz Nitq” mərkəzinin rəhbəri Esmira Qafarova və "Ağıl nəzəriyyəsi” mərkəzinin rəhbəri, psixoloq Şahsənəm xanım çıxış edərək autizmin erkən diaqnostikası, inkişaf dəstəyi və terapiya yanaşmaları barədə məlumat verdilər.

Tədbir zamanı autizmli gənc, muğam ifaçısı Ramiz Ağayevin çıxışı iştirakçılar tərəfindən maraqla qarşılandı.

Valideyn panelində Əsmər Əskəriva, Könül Dəmirova və Əzizə Bağırova öz uğur hekayələrini bölüşərək digər valideynlər üçün motivasiyaedici mesajlar verdilər.

Tədbirin davamında müxtəlif inkişaf və psixoloji mərkəzlərin nümayəndələri – Aysel Qafarova (İndigo bağçası), Humay Mehdiyeva və Röyalə Ömərova (Brain Academy), Bahar Bayramlı (Samra Psixoloji Mərkəzi), psixo-pedaqoq Şəhla Cəfərova, "İntellekt Toys” mağazasının nümayəndələri və Kəmalə Əliyeva (Uğur İnkişaf Mərkəzi) çıxış edərək fəaliyyət istiqamətləri barədə məlumat təqdim etdilər.

Tədbir müğənni Samiranın çıxışı və valideynlərlə sual-cavab sessiyası ilə yekunlaşdı.

Tədbir Nasha Dacha restoranında baş tutdu və autizm mövzusunda maarifləndirmənin artırılmasına, cəmiyyətdə daha həssas yanaşmanın formalaşmasına töhfə verdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
azxeber.com

1Источники