RU

Yanacaq sərfiyyatını necə azaltmaq olar? Sürücülərə TÖVSİYƏ

ain.az, Avtosfer saytına istinadən bildirir.

Yanacaq qiymətləri artdığı zaman sürücülər daha qənaətli üsullar axtarır. Mütəxəssislər bildirirlər ki, əlavə xərc çəkmədən, sadəcə sürücülük vərdişlərini dəyişməklə yanacaq sərfiyyatını azaltmaq mümkündür.

Avtosfer.az xəbər verir ki, mühəndis və mexaniklərin sözlərinə görə, bir çox sürücü bahalı qatqılar və ya riskli texniki müdaxilələrə üstünlük versə də, əsas amil avtomobilin hərəkət zamanı qarşılaşdığı fiziki müqavimətdir. Bu baxımdan bir neçə sadə üsul ciddi qənaətə kömək edə bilər.

İlk növbədə təkər təzyiqi vacib rol oynayır. Normadan aşağı təzyiq təkərlərin yol səthi ilə təmasını artırır və mühərrikin daha çox güc sərf etməsinə səbəb olur. Tövsiyə olunur ki, sürücülər avtomobildə göstərilən “eko” təzyiq səviyyəsinə riayət etsinlər. Bu, yanacaq sərfiyyatını orta hesabla 5% azalda bilər.

Digər mühüm məqam sürətə uyğun davranışdır. Aşağı sürətlərdə açıq pəncərələr qənaət baxımından problem yaratmasa da, 80 kilometr-saatdan yuxarı sürətlərdə külək müqaviməti artır və bu, yanacaq sərfini yüksəldir. Bu səbəbdən magistral yollarda kondisionerdən istifadə daha səmərəli hesab olunur.

Eyni zamanda avtomobildə əlavə yük və aksesuarların olması da sərfiyyata təsir edir. Xüsusilə dam üstü baqajlar və velosiped daşıyıcıları aerodinamik müqaviməti artıraraq yanacaq sərfini 15%-ə qədər yüksəldə bilər. Mütəxəssislər lazımsız əşyaların çıxarılmasını tövsiyə edirlər.

Bundan başqa, müasir avtomobillərdə uzun müddət boş işləmə də sərfiyyatı artırır. Bildirilir ki, 10 saniyədən artıq dayanma hallarında mühərrikin söndürülməsi daha qənaətli seçim sayılır.

Qeyd olunur ki, bu sadə vərdişlərə əməl etməklə sürücülər əlavə xərc çəkmədən gündəlik yanacaq xərclərini əhəmiyyətli dərəcədə azalda bilərlər.

Eltac

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
16
avtosfer.az

1Источники