Naxçıvan Muxtar Respublikasının hərbi bölmələri Türkiyəyə səfər edib.
Aznews.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bölmələr 14-cü Mexanikləşdirilmiş Piyada Briqadasının komandanlığında keçiriləcək “Heydər Əliyev-2026” təlimlərində iştirak edəcək.