RU

Hər loxması zəhərdir: Yedikcə ömürdən gedir

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Gündəlik rasionda ultra emal olunmuş məhsulların payının artması müasir dövrün ən səssiz, lakin ən təhlükəli təhdidlərindən birinə çevrilib. Tədqiqatlar göstərir ki, menyuda bu qidaların payının cəmi 10% artması belə müəyyən yaş qruplarında vaxtından əvvəl ölüm riskini ciddi şəkildə artıra bilər. Bu məhsullar sadəcə qida deyil, tərkibindəki kimyəvi qatqılar və emal prosesi ilə sağlamlığımızı addım-addım sarsıdan mexanizmdir.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən qida eksperti İlkin Şirinov bildirib ki, emal olunmuş məhsullardan danışarkən, bu məhsullarda istifadə edilən trans yağlar xüsusi diqqət tələb edir. "Bu yağların istifadəsi insanlarda artıq çəkiyə, şəkərli diabet riskinin artmasına və digər ciddi sağlamlıq problemlərinə səbəb olur. Bəzən bu cür məhsulların istifadəsi mütəmadi vərdiş halını alır və fərqinə varmadan gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Lakin bu məhsullar insanı yavaş-yavaş, hiss etdirmədən sağlamlıq baxımından təhlükəli nəticələrə aparır. Bu, qəbul etsək də, etməsək də, acı bir reallıqdır".Ekspert bildirib ki, digər vacib məqam isə yalnız emal olunmuş məhsullarla məhdudlaşmır. "Bu gün gündəlik qida rasionumuza nəzər salsaq, görərik ki, təbii qidalar getdikcə azalır. Onların yerini isə hazır qidalar, yarımfabrikatlar və fast-food məhsulları — məsələn, dönər və digər bu tip qidalar tutur. Bu cür qidalanma tərzi insanlarda müxtəlif xəstəliklərin yaranmasına şərait yaradır. Bura eyni zamanda kolbasa məmulatları, cipslər, müxtəlif souslar və mayonezlərin həddindən artıq və mütəmadi istifadəsi də daxildir. Artıq bu məhsulların istifadəsi bəzi hallarda ifrat səviyyəyə çatır və nəticədə sağlamlığa ciddi zərər vurur".Onun sözlərinə görə, digər mühüm məsələ isə şirniyyatların həddindən artıq istifadəsidir. "Tərkibində çox miqdarda şəkər və sağlamlıq üçün zərərli yağlar olan bu məhsullar orqanizm üçün ciddi risk yaradır. Təsadüfi deyil ki, tez-tez “iki ağ zərərli məhsul” kimi şəkər və duzun adı çəkilir. Bu məhsulların həddindən artıq qəbulu sağlamlıq üçün təhlükəlidir. Bütün bu amillər bir araya gəldikdə isə ürək-damar xəstəlikləri, şəkərli diabet, tromblaşma kimi ciddi problemlərin yaranmasına səbəb olur. Nəticə etibarilə, bu hallar insanın həyatını risk altına qoyur və ölüm ehtimalını artırır".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
16
demokrat.az

1Источники