RU

Rusiyalı general Krımda öldü: Nə baş verir? FOTO

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Rusiyanın yüksək rütbəli hərbçilərindən biri Krımda baş verən təyyarə qəzasında həlak olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.

Bildirilir ki, Krımda baş verən təyyarə qəzası nəticəsində Rusiya Şimal Donanmasının qarışıq aviasiya korpusunun komandiri, 64 yaşlı general-leytenant Aleksandr Otroşenko həlak olub.

Məlumatı BBC-nin mənbələri, o cümlədən hərbi dənizçi və Severomorsk şəhərində yaşayan, aviaqəzada yaxınını itirən qadın da təsdiqləyib.

Bildirilib ki, Otroşenko ilə yanaşı, Şimal Donanmasının bir neçə zabiti də qəzaya uğrayan təyyarənin sərnişinləri arasında olub.

Hadisənin səbəbləri və digər detallar hələlik açıqlanmayıb. Qəza ilə bağlı araşdırmaların davam etdiyi bildirilir.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
45
50
globalinfo.az

10Источники