2019–2023-cü illər üçün Dövlət Proqramı”nın iştirakçısı, Böyük Britaniyanın Esseks Universitetində sosiologiya və kriminologiya üzrə doktorant və müəllim köməkçisi kimi fəaliyyət göstərən Fərid Adilov BMT-nin Uşaq Hüquqları Komitəsinə 2027–2031-ci illər üzrə Azərbaycanın namizədi elan olunub.
"Yeni Sabah" Fərid Adilovun dosyesini təqdim edir:
Fərid Adilov 15 mart 1986-cı ildə Laçın rayonunun Şeylanlı kəndində anadan olub.
2006-2010-cu illərdə BDU-nun beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, 2011-2013-cü illərdə isə həmin ixtisas üzrə magistr təhsilini fərqlənmə ilə bitirib.
2017-2018-ci illərdə dünyanın prestijli təqaüd proqramı sayılan “Chevening” proqramını qazanaraq Böyük Britaniyanın Newcastle Universitetində Beynəlxalq siysət (Qloballaşma, Yoxsulluq və İnkişaf) sahəsi üzrə xüsusi fərqlənmə ilə magistr təhsili alıb.
Fərid Ədilov bir müddət Böyük Britaniyada uşaqlarla işləyən Milli Vətəndaş Xidməti proqramında qrup rəhbəri olaraq çalışıb.
ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri üzrə Bürosunun həyata keçdiyi “Peşəkar İxtisasartırma Proqramı”nın 2019-cu il payız müsabiqəsinin qalibi olub və proqram çərçivəsində ABŞ-nin Boston Şəhər İdarəsinin Səhiyyə və İnsan Xidmətləri Departamentində təcrübə keçib.
Telegram kanalımız