Azərbaycanda keçirdiyimiz görüşlərin əsas mövzularından biri iqtisadiyyat idi. Türk Dövlətləri Təşkilatının son illərdə əldə etdiyi irəliləyişlər xüsusi əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz söyləyib.
"Gömrük prosedurlarının sadələşdirilməsi və ticarət əlaqələrinin genişləndirilməsi ilə Türk dövlətləri arasında ticarət dövriyyəsini artırmaq əsas hədəflərdən biridir",- deyə o əlavə edib.
Vitse-prezident vurğulayıb ki, TDT-yə üzv ölkələr son illərdə dünya üzrə orta göstəricidən daha yüksək iqtisadi artım tempinə nail olublar: “Qlobal iqtisadi artım təxminən 3 faiz olduğu halda, bu ölkələrdə artım 6 faizə yaxın olub. Bu da əməkdaşlığın effektivliyini açıq şəkildə göstərir. Bütün bu addımların əsas məqsədi üzv ölkələrin və xalqların rifah səviyyəsini yüksəltməkdir”.