RU

Macarıstandan Polşaya: Müharibəni qızışdırmayın!

Macarıstanın Baş naziri Viktor Orban Polşanın Baş naziri Donald Tusku “müharibə qızışdırmaqdan” çəkinməyə çağırıb.

Turkustan.az xəbər verir ki, Tusk isə Avropa Birliyinin (AB) Ukraynaya kredit ayırmasının qarşısını almağın Rusiyanın “strateji planlarına uyğun” olduğunu bildirib.

Orban NATO-nun parçalanma riski ilə bağlı tənqidlərinə cavabı ABŞ-da yerləşən X sosial media platformasındakı hesabı vasitəsilə verib. O, Avropanın tarixinin ən ağır iqtisadi dövrlərindən birinə daxil olduğunu və qitənin ciddi enerji böhranı ilə üzləşdiyini vurğulayıb.

Avropanın böyük təhlükə altında olduğunu qeyd edən Orban belə deyib:
“Yeganə çıxış yolu Rusiya enerjisinə qarşı sanksiyaların dərhal ləğv edilməsidir. Biz Putini deyil, öz ölkəmizi və xalqımızı düşünməliyik. Müharibəni qızışdırmaq əvəzinə, ölkəni sev və xilas et, Donald.”

Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp Britaniyanın “The Telegraph” qəzetinə verdiyi müsahibədə ABŞ-ın NATO-dan çıxmasının ehtimal daxilində olmadığını bildirib. O, əlavə edib ki, NATO-nu uzun müddətdir zəif hesab edir və bu vəziyyətin Rusiya tərəfindən də fərqində olunduğunu qeyd edib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
33
1
turkustan.az

2Источники