RU

Cevdet Yılmaz: "Azərbaycanla əlaqələrimiz "bir millət, iki dövlət" anlayışına söykənir"

"Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər son dərəcə özəl xarakter daşıyır".

Moderator.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.

O bildirib ki, bu, sadəcə iki dövlət arasında olan adi münasibətlər deyil:

"Şuşa Bəyannaməsində də öz əksini tapan, müttəfiqlik prinsiplərinə əsaslanan bu əlaqələr, ümummilli lider Heydər Əliyevin ifadə etdiyi kimi, "bir millət, iki dövlət" anlayışına söykənir. Buna görə də qarşılıqlı səfərlər hər fürsətdə həyata keçirilir. Həmçinin, prezidentlərimizin malik olduqları ortaq və güclü baxış bu münasibətlərin ən möhkəm təməlini təşkil edir".

Избранный
15
2
moderator.az

3Источники