RU

“Hər danışmayan uşaq autist deyil!” Pediatrdan xəbərdarlıq

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Vaqif Qarayev: “Uşağı danışdırmırlar, sonra diaqnoz qoyurlar”

Aprelin 2-si Ümumdünya Autizm haqqında Məlumatlandırma Günüdür. Aparılan tədqiqatlara əsasən, dünya əhalisinin təxminən 1 faizi autizmdən əziyyət çəkir. Dünyada hər 127 nəfərdən birində autizm spektr pozuntusu aşkarlanır və bu rəqəm təxminən 61 milyon nəfər deməkdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına görə, hər il dünyada uşaqlar arasında orta hesabla hər 100 uşaqdan biri autizmlə üzləşir. Rəqəmlər orta göstəricidir və ölkələr arasında ciddi fərqlər var. Xüsusilə aşağı və orta gəlirli ölkələrdə real göstəricilər tam məlum deyil. Son illərdə artım müşahidə olunsa da, onu bəzən diaqnostika imkanlarının genişlənməsi, autizimlə bağlı maarifləndirmənin artması ilə əlaqələndirirlər. Ölkəmizdə autizmlə bağlı rəsmi statistik göstərici məlum olmasa da, son illərdə Azərbaycanda diaqnozların sayında artım müşahidə olunur.

Həkim-pediatr Vaqif Qarayev “Sherg.az”a açıqlamsında qeyd etdi ki, autizmin klassik əlamətləri var. Uşaq özünə qapanır, göz kontaktından çəkinir, bir küncə sıxılır, əlləriylə monoton hərəkətlər edir, eyni oyuncaqlarla oynayır, nitq kontaktına girmr və sair: 

- Bu əlamətlər davamlıdırsa, autizm haqqında düşünə bilərik, təkrar edirəm, düşünə bilərik. Sonra isə bu istiqamətdə pediatr, nevroloq, psixoloq uşağı müayinə etməlidir. Bu hərəkətlərin davamlı olub-olmadığı müşahidələr əsasında müəyyən edilməlidir. Əgər davamlı deyilsə, uşağın hərəkətlərində, davranışlarında əvvəlkindən fərqli müsbət dəyşiklik baş verirsə, deməli autist deyil, sadəcə, ailədə belə vərdişlər qazanıb. Yadda saxlayaq ki, hər danışmayan uşaq autist deyil. Hər hiperaktiv uşaq autist deyil, davranışında qeyri-adilik gördüyümüz hər uşaq autist deyil. Danışmırsa, danışdırın. Danışdırmırlar axı! Uşaq saatlarla əlindəki telefonla oynayır, telefona baxır, nələrsə izləyir. Danışıq yoxdur, ünsiyyət yoxdur. Kimsə onunla sohbət etmir, danışdırmır. Uşaq necə danışacaq, özbaşına?!. Və yaxud, hiperaktivdir, deyirlər. Uşaq telefonda gördüyü aqressiv səhnələri kopyalayır, uşaq eyni hərəkətləri təkrarlayır. . Yatmırsa, yenə də telefonda gördüyü səhnələrin təsirindəndir. Telefondan uzaqlaşdırın uşağı. Uşaqlar üçün hər yaşa uyğun oyuncaqlar, əyləncə mövzuları var. Ana 1 yaşlı uşağı gətirir hkim qəbuluna, uşağn əlində telefon. Sonra deyir ki, ağlayır, sözı baxmır, gecələr yatmır... Həkim nə deməlidi, deyəcək ki al əlindən, vermə əlinə telefonu. Bununla da razılaşmırlar. Uşaq telefonla təması haradan öyrənir, əlbəttə valideynlərindən. Ona görə də hər danışmayan, hiperaktiv uşağa autist diaqnozu qoymaq düzgün deyil. Əvvəlcə doöru-düzgün tərbiyə etsinlər, uşaqla məşğul olsunlar, əgər davranışlar düzəlməsə, mütəxəssisə müraciət etsinlər. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
sherg.az

1Источники