RU

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.

Nazirlikdən "Far.Az"a verilən məlumata görə, Azərbaycan İdman Akademiyasında təşkil olunan görüşdə "Azərbaycan Əməkdar idman ustası", "Azərbaycan Respublikasının İdman ustası" dərəcəsinə layiq görülmüş şəxslərə müvafiq vəsiqə və döş nişanlarını təqdim edilib.

Beynəlxalq arenalarda qazanılan nailiyyətləri yüksək dəyərləndirən Fərid Qayıbov idmançıları və onların məşqçilərini təbrik edib. O, çıxışında bildirib ki, mart ayı ərzində Azərbaycanın Dövlət Himni 12 ölkədə səsləndirilib. İdmançılarımız ümumilikdə 40 qızıl, 35 gümüş və 43 bürünc medal qazanıblar.

Beynəlxalq arenalarda qazanılan nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Bir sıra idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və nəticələri barədə məlumat veriblər.

Sonda Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük qələbələr arzulayıb.

Избранный
14
7
far.az

10Источники