RU

Hörmüz boğazı oyundan kənar qalır? Körfəz ölkələrindən kritik həmlə

ain.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Körfəz ölkələri neft ixracını təhlükə altına salan risklərdən qaçmaq üçün Hörmüz boğazından yan keçən yeni boru kəmərləri marşrutları qurmağı planlaşdırır. Təşəbbüs regionda gəmiçilik üçün artan risklər fonunda müzakirə olunur.

Ölkə.Az-ın "Financial Times"a istinadən məlumatına görə, əsas variantlardan biri Ərəbistan yarımadasını İsrailin Hayfa limanı vasitəsilə Aralıq dənizi ilə birləşdirəcək ticarət dəhlizinin yaradılmasıdır. Belə bir marşrut ixrac kanallarını şaxələndirməyə və dar dəniz yolları ilə bağlı riskləri azaltmağa imkan verərdi.

Hesabata əsasən, Səudiyyə Ərəbistanı regionda böhran şəraitində belə sabit neft ixracını qoruyub saxlaya bilən yeganə ölkə olaraq qalır. Bunda ölkənin neft yataqlarını Qırmızı dənizdəki Yanbu limanı ilə birləşdirən və Hörmüz boğazından yan keçməyə imkan verən "Şərq-Qərb" boru kəməri həlledici rol oynayıb.

Qeyd olunur ki, müzakirə olunan təşəbbüslərə təkcə yeni boru kəmərlərinin tikintisi və mövcud olanların modernləşdirilməsi deyil, həm də dəmir və avtomobil yollarından ibarət kompleks infrastrukturun inkişafı daxildir. Bu, region ölkələrinə perspektivdə Hörmüz boğazından asılılığı əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək.

Məqalədə qeyd olunan əsas layihə ABŞ-ın rəhbərlik etdiyi Hindistan-Yaxın Şərq-Avropa (IMEC) layihəsidir. Bu layihə avtomobil, dəmir yolları və boru kəmərləri şəbəkəsi vasitəsilə Hindistanı Aralıq dənizi ilə birləşdirməlidir. Planın qarşısındakı əsas maneə isə Səudiyyə Ərəbistanının Hayfa limanının marşruta daxil edilməsinə razılıq verməsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
9
1
olke.az

2Источники