RU

"7 milyon iranlı ölkəsini silahla müdafiə etməyə hazırdır" - İran Parlamentinin sədri

İran Parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf bildirib ki, təxminən 7 milyon iranlı ölkələrini müdafiə etmək üçün silah götürüb hazır vəziyyətə gəlib.

Redaktor.az xəbər verir ki, Qalibaf X paylaşımında qeyd edib:

"Hazırda, bir həftədən az müddətdə ölkəni bürüyən güclü milli kampaniya təxminən 7 milyon iranlını irəli aparıb və onlar artıq silah götürüb millətimizin müdafiəsinə qalxmağa hazır olduqlarını bəyan ediblər".

Aminə ŞAHSUVARQIZI

Избранный
37
8
redaktor.az

9Источники