RU

Avropada dizel yanacağı fyuçersləri 2022-ci ildən bəri ən yüksək səviyyədədir

Bakı, 2 aprel, AZƏRTAC

Avropanın dizel yanacağı fyuçerslərinin qiyməti 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Londonda fyuçerslər 9,4 faziədək artaraq bir ton üçün 1493,2 dollara çadıb. Bu da barrel göstəricisində 200 dollardan çox artım deməkdir.

Treyderlər və analitiklərin fikrincə, Hörmüz boğazı yenidən açılmasa, region qarşıdakı həftələrdə təchizat çatışmazlığı ilə üzləşəcək. Analoji halın Latın Amerikasında da baş verəcəyi gözlənilir.

Qeyd edək ki, Hörmüz boğazında nəqliyyatın dayanmasının xam neftə təchizatına təsiri səbəbindən bəzi neft emalı zavodları istehsalı azaltmağa məcbur qalır. Dünyadakı treyderlər yanacaq daşınmalarını yönləndirir və təchizat səylərini davam etdirirlər. Avropa ölkələri isə istehlak etdiyindən daha az dizel yanacağı istehsal edir.

Избранный
23
2
azertag.az

3Источники