RU

Ölən şəxsin DYP və digər borcları necə olur?

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət Yol Polisi tərəfindən təyin edilən cərimələrin sual doğuran tərəfləri vardır.

Məsələn, bir şəxs ölübsə və onun ödənilməmiş cərimələri varsa, proses necə olur?

Daha dəqiq, həmin cərimələr ölən şəxsin ailəsindən alına bilərmi?

Bu barədə hüquqşünas Şamil PaşayevGununsesi.info-ya danışıb.

O bildirib ki, bu cərimə onu törədən şəxsə aiddir. Bu səbəbdən, şəxs vəfat etdikdə onun cəriməsi ümumiyyətlə qüvvədən düşür. Bu, digər inzibati cərimələrə də aiddir. Amma vacib incə məqam var. İcra mərhələsinə çatmış borclar var ki, əgər cərimə artıq icraata yönəldilibsə və şəxsin əmlakına yönəlibsə, bu zaman borc miras kütləsinə təsir edə bilər. Qanuna görə, varislər (övlad, həyat yoldaşı və s.) yalnız mirası qəbul edərlərsə, mərhumun borclarını ancaq mirasın dəyəri həddində ödəyə bilərlər.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
icma.az

1Источники