RU

Yerevan və Moskva dəmir yolları üçün konsessiyanı başqa ölkəyə verməyi müzakirə edəcək

Bakı. Trend:

Aprelin 1-də Moskvaya səfəri çərçivəsində Ermənistanın Başnaziri Nikol Paşinyan rusiyalı həmkarları ilə Ermənistan dəmir yoluşəbəkəsinin konsessiya idarəçiliyinin Ermənistan və Rusiya ilə dostmünasibətlərə malik başqa bir ölkəyə verilməsi məsələsini ətraflımüzakirə edib.

Trend erməni KİV-əistinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri NikolPaşinyan keçirdiyi brifinqdə bildirib.

“Bəli, bu məsələ ətraflı müzakirə olundu, geniş fikir mübadiləsiapardıq, öz mövqelərimizi və baxışlarımızı təqdim etdik, rusiyalıhəmkarlarımızın mövqelərini dinlədik və müzakirələri davam etdirməkbarədə razılığa gəldik. Müzakirələrin mahiyyəti belədir: problemcəmi bir cümlə ilə ifadə olunur, yəni mövcud şəraitdə ErmənistanRespublikası öz rəqabət üstünlüklərini itirir. Bizim problemimizondan ibarətdir ki, Ermənistan öz rəqabət potensialını tam şəkildəreallaşdırmaq imkanına malik olmalıdır. Bizim nəinki Rusiya iləproblemimiz yoxdur, həm də dostluq münasibətlərimizi yüksəkqiymətləndiririk və Rusiyanın maraqlarına heç bir şəkildə zərərvurmaq istəmirik. Lakin digər tərəfdən, mövcud vəziyyət bizərəqabət üstünlüklərimizdən istifadə etməyə imkan vermir və bizbirlikdə hansı həll yolunu tapacağımız barədə düşünməliyik”, – başnazir bildirib.

Ermənistan dəmir yolu şəbəkəsinin konsessiya idarəçiliyininErmənistan və Rusiya üçün məqbul olan bir ölkəyə verilməsi təklifidaha əvvəl Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyantərəfindən irəli sürülmüşdü. O qeyd etmişdi ki, Rusiya tərəfininidarəetmə şərtləri çərçivəsində Ermənistan dəmir yolu müəyyənrəqabət üstünlüklərini itirir, çünki bəzi ölkələr idarəetməninRusiyaya məxsus olması səbəbindən Ermənistan dəmir yolununimkanlarından istifadə etməkdən imtina edirlər.

Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk isə aprelin 2-dəErmənistan dəmir yolu şəbəkəsinin konsessiya idarəçiliyinin üçüncüölkəyə satılması üçün obyektiv əsasların olmadığını bildirib.

Избранный
43
50
az.trend.az

10Источники