RU

Bakı–Quba yolunda “Bentley” aşdı (VİDEO)

Bakı.Trend:

“Bentley” markalı avtomobil Bakı–Quba yolunda hərəkətdə olarkənsürücü idarəetməni itirib, avtomobil yolun kənarındakı dəmirmühəccərlərə çırpılıb

Trend xəbərverir ki, hadisə aprelin 1-də saat 06:00 radələrində baş verib.

Qəza nəticəsində sürücü xəsarət alıb.

İlkin ehtimala görə, hadisəyə səbəb nəqliyyat vasitəsinin yüksəksürətlə idarə edilməsi olub.

Belə ki, idarəetmədən çıxan avtomobil dəfələrlə aşaraq təxminən500 metr məsafədə sürüklənib.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) HərəkətinTəhlükəsizliyinin Təbliği Şöbəsinin rəisi, polis polkovnikleytenantı Rövşən Tağıyev Trend-ə açıqlamasında deyib ki, bu cür ağır hadisələrzamanı təhlükəsizlik kəməri istifadə olmadıqda sürücü və yasərnişinlər zərbənin təsiri ilə ya avtomobildən kənara atılır, yanəqliyyat vasitəsinin altında qalır, ya da salon daxilində sükan,şüşə və digər sərt hissələrə çırpılır ki, bu da əksər hallardaölümlə nəticələnir: “Məhz bu hadisədə isə təhlükəsizlik kəməriqoruyucu rolu oynayaraq sürücünü oturacaqda sabit saxlayıb və onunhəyatını xilas edib.

Bu səbəbdən təhlükəsizlik kəmərindən istifadə etmək və bununəqliyyat vasitəsində əyləşən hər kəsdən tələb etmək sadəcə qaydadeyil, bu, insanın öz həyatına, ailəsinə və yaxınlarına verdiyidəyərin göstəricisidir.

Bir daha sürücülərə və sərnişinlərə müraciət edirik ki, sükanarxasına əyləşdiyiniz ilk andan etibarən təhlükəsizlik kəmərinitaxın. Qısa məsafə, aşağı sürət və ya “heç nə olmaz” düşüncəsi heçkimi qaydalara riayət etməkdən uzaqlaşdırmasın.Çünki qaydalar insanhəyatını qorumaq üçün var”.

Məqalədə:
Избранный
29
33
az.trend.az

10Источники