RU

Dünya üzrə 700 min hibrid avtomobil geri çağırılır

Paris, 2 aprel, AZƏRTAC

Avtomobil istehsalı şirkəti olan “Stellantis” mümkün yanğın riski ilə əlaqədar dünya üzrə təxminən 700 min hibrid avtomobil üçün genişmiqyaslı geriçağırma kampaniyasına başlayıb.

AZƏRTAC xəbər verir ki, 2023–2026-cı illərdə istehsal olunmuş bu avtomobillərin 212 mindən çoxu Fransa ərazisindədir ki, onların da yarıdan çoxu “Peugeot” markasına aiddir.

Məlumata görə, geriçağırma bir neçə modeli əhatə edir. Bunlara təxminən 295 min “Peugeot 208” və “Peugeot 2008”, 126 min “Citroen” avtomobili (xüsusilə “Citroen C3”, “Citroen C4” və “Citroën C3 Aircross”), 124 min “Fiat Grande Panda”, 44 min “Alfa Romeo Junior” və 88 min “Jeep Avenger” daxildir.

Texniki problem bəzi hibrid avtomobillərdə daxili və elektrik mühərriklərinin bir-birinə çox yaxın yerləşməsi ilə bağlıdır. Güclü rütubət şəraitində benzin hissəcik filtri borusu ilə starter terminalının qoruyucu qapağı arasında təmas yaranaraq qığılcım əmələ gətirə və yanğına səbəb ola bilər.

Şirkət qeyd edir ki, nasazlıq təxminən 30 dəqiqə ərzində servis mərkəzində aradan qaldırıla bilər və bunun üçün daha geniş qoruyucu qapaq quraşdırılır.

Избранный
34
1
azertag.az

2Источники