RU

Kremldən NATO və İran bəyanatı: Peskov mühüm məqamlara toxundu

Rusiya Federasiyası NATO-nu düşmən alyans kimi qəbul etməyə davam edir.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov son açıqlamasında bildirib. Kremldən verilən bəyanatda həm daxili, həm də beynəlxalq gündəmi əhatə edən bir sıra vacib məqamlar yer alıb.

Peskov qeyd edib ki, hazırda Rusiyada yeni yaradılan pilotsuz uçuş aparatları (PUA) qoşunları kadr potensialının gücləndirilməsinə ehtiyac duyur. Bununla bağlı hər kəs üçün açıq xidmət təkliflərinin olduğunu deyən sözçü, tələbələrin və ya müəssisə işçilərinin bu sahəyə məcburi cəlb edilməsi barədə hər hansı sərəncamdan xəbərsiz olduğunu vurğulayıb. Eyni zamanda, Rusiyada VPN xidmətlərinə məhdudiyyət qoyulması barədə Prezident Putin tərəfindən verilmiş xüsusi bir tapşırığın olmadığını da əlavə edib.

Beynəlxalq məsələlərə toxunan Kreml rəsmisi vurğulayıb ki, Vladimir Putin İran ətrafındakı münaqişənin yalnız siyasi və diplomatik yollarla həllinin tərəfdarıdır. Bu məqsədlə Rusiya lideri Fars körfəzi ölkələrinin rəhbərləri ilə sıx təmaslarını davam etdirir. Peskov, həmçinin ABŞ prezidenti Donald Trampın İranla bağlı son hədəfləri barədə səsləndirdiyi fikirlərin Kremldə diqqətlə izlənildiyini qeyd edib.

Günün diplomatik qrafikinə gəlincə, Rusiya Prezidentinin bu gün beynəlxalq səviyyəli telefon danışığı aparacağı və Kremldə Misirin xarici işlər nazirini qəbul edəcəyi gözlənilir. Görüşün əsas mövzusu Yaxın Şərqdə sürətlə dəyişən geosiyasi vəziyyət və hadisələrin gələcək inkişafı olacaq.

Musavat.com

Избранный
15
musavat.com

1Источники