RU

Generallarımız haqda danışanda “qəhrəman” sözündən ehtiyatla istifadə edin - Paşinyan

BAKI, 2 aprel. TELEQRAF

“Bəli, mən demişəm ki, orduda qorxaq general və fərarilər var. İndi onların çoxu məhkəmə qarşısına çıxarılır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan brifinqdə bundan öncə verdiyi bəyanatlar xatırladılanda deyib.

“O cümlədən talançı, qanunsuz əmlak və korrupsiya işləri ilə bağlı mühakimə olunan generallar var”, - o əlavə edib.

Paşinyanın sözlərinə görə, “qəhrəman” sözünü ehtiyatla istifadə etmək lazımdır:

“Çünki bu sözdən o qədər istifadə etmişik ki, həqiqi qəhrəmanları yalançı qəhrəmanlarla qarışdırmışıq”.

Избранный
19
teleqraf.com

1Источники