RU

Böyük Britaniya hökuməti ilə həkimlər razılığa gələ bilməyib, təklif geri götürülüb

London, 2 aprel, AZƏRTAC

Böyük Britaniya hökuməti Britaniya Tibb Assosiasiyası tərəfindən gələn həftə planlaşdırılan altıgünlük tətilin ləğv edilməməsi ilə əlaqədar İngiltərədə həkimlər üçün nəzərdə tutulan əlavə 1000 təlim yerinin yaradılmasına dair təklifini geri götürüb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu əlavə yerlər rezident həkimlərlə bağlı uzunmüddətli mübahisəni həll etmək üçün bu ilin əvvəlində təklif olunan daha geniş tədbirlər paketinin bir hissəsi idi.

Qeyd edək ki, Böyük Britaniyanın Baş nazir Kir Starmer tətil ləğv olunsa, bu yerlərin qüvvədə qalacağını bildirmişdi.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Избранный
9
3
azertag.az

4Источники