Bakivaxti saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Avropa İttifaqı (Aİ) siyasətçiləri hər şeydə Moskvanın müdaxiləsini görməyə öyrəşiblər, həmin köhnə mahnını Ermənistan parlament seçkilərində də oxuyacaqlar”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
Kremlin nümayındəsi Aİ rəsmilərinin Moskvanın seçki prosesinə müdaxilə edəcəyi ilə bağlı fikirlərini şərh edərkən bildirib:
“Avropa nümayəndələri hər şeydə Moskvanın müdaxiləsini görürlər. Hər yerdə və hər şeydə. Bu, köhnə mahnıdır, bunun notlarını mükəmməl bilir. Əlbəttə, Ermənistan seçkilərində də eyni mahnını oxuyacaqlar”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.