RU

İran açıqladı: Müharibə ancaq bu vaxt bitə bilər

“Raketlərimizi və pilotsuz təyyarələrimizi saymayın. Hərbi gücümüz haqqında məlumatınız natamamdır və geniş imkanlarımız haqqında heç nə bilmirsiniz”. 

Ölkə.az  xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahının sözçüsü Xatəm əl-Ənbiya bildirib .

"Strateji raket istehsal mərkəzlərimizi, uzaqmənzilli hücum dronlarımızı, müasir hava hücumundan müdafiə və elektron müharibə sistemlərimizi və ya xüsusi avadanlıqlarımızı məhv edəcəyimizi gözləməyin. Belə düşünmək vəziyyətinizi daha da pisləşdirəcək", - o qeyd edib.

 İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahının sözçüsü əlavə edib ki, strateji hərbi istehsalımız heç bir şey bilmədiyiniz və heç vaxt çata bilməyəcəyiniz yerlərdə cəmləşib:
"Millətimizə qarşı başlatdığınız təcavüzün bədəlini ödəməlisiniz. Müharibə son məğlubiyyətə uğrayana, tövbə edənə və qarşı tərəf təslim olana qədər davam edəcək".

Mürtəza

Избранный
52
15
olke.az

10Источники