Bakı. Trend:
Qırğızıstan öz tranzit potensialını tam ölçüdə gerçəkləşdirməyəcan atır.
Trend xəbər verirki, bunu Qırğızıstanın Nazirlər Kabinetinin sədri AdılbekKasımaliyev Türk Dövlətləri Təşkilatına üzd dövlətlərin hökümətbaşçıları və vitse-prezidentlərinin ikinci iclasının gedişindədeyib.
Onun sözlərinə görə, təşkilat çərçivəsində nəqliyyat sahəsindəəməkdaşlıq iqtisadi əlaqələrin möhkəmləndirilməsi, ticarət, turizmvə regional inteqrasiyanın inkişafında mühüm rol oynayır.
“Avrasiyanın mərkəzində coğrafi mövqeyimizi nəzərə alaraq,Qırğızıstan öz tranzit potensialını tam şəkildə gerçəkləşdirməyəçalışır. Bundan əlavə, Qırğızıstan ərazisi Trans-Xəzər BeynəlxalqNəqliyyat Marşrutunun mühüm halqalarından biridir”, – deyə obildirib.
Kasımaliyev qeyd edib ki, Zəngəzur dəhlizi Çin – Qırğızıstan –Özbəkistan dəmir yolunun məntiqi davamıdır. Bu bağlantı Çinin Sakitokean sahillərini Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan vəTürkiyə vasitəsilə Avropa bazarları ilə birləşdirəcək.
“Bu marşrut inteqrasiya olunmuş infrastrukturun inkişafına töhfəverəcək”, – deyə o vurğulayıb.