RU

ADAU da Virtual Reallıq otağı istifadəyə verilib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Gəncə, 2 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) innovativ təhsil mühitinin inkişafı istiqamətində növbəti addım atılıb. Universitetin Mühəndislik fakültəsində Ege Universiteti ilə birgə həyata keçirilən Village (Virtual Innovative Learning Laboratories for Global Engineering Education) - Horizon Avropa tədqiqat layihəsi çərçivəsində müasir texnologiyalarla təchiz olunmuş Virtual Reallıq (VR) otağı istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni yaradılan VR otağı tələbələrin nəzəri biliklərini praktik mühitdə daha effektiv şəkildə tətbiq etmələrinə imkan yaradacaq. Bu texnologiya vasitəsilə tələbələr müxtəlif mühəndislik proseslərini, aqrar texnika və avadanlıqların işləmə prinsiplərini, eləcə də mürəkkəb istehsalat və simulyasiya proseslərini virtual mühitdə öyrənə biləcəklər.

Layihənin əsas məqsədi tədris prosesində innovativ yanaşmaların tətbiqi, tələbələrin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və onların əmək bazarının tələblərinə daha yaxşı hazırlanmasıdır. VR otağı, həmçinin elmi-tədqiqat işlərinin aparılması və yeni texnologiyaların tətbiqi baxımından da geniş imkanlar təqdim edir.

Otaqla tanış olan universitetin rektoru Zəfər Qurbanov qeyd edib ki, bu cür innovativ təşəbbüslər ADAU-da təhsilin keyfiyyətinin yüksəldilməsinə və beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir. Bildirilib ki, gələcəkdə bu istiqamətdə yeni layihələrin həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, VR texnologiyalarının tədris prosesinə inteqrasiyası dünyanın aparıcı universitetlərində geniş tətbiq olunur və bu sahədə ADAU-nun atdığı addım universitetin innovasiyayönümlü inkişaf strategiyasının tərkib hissəsidir.

Müxbir - Elcan Məmmədov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
azertag.az

1Источники