RU

66 nəfər vəkilliyə namizəd icbari təlim mərhələsinə buraxılıb

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsini uğurla keçən və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin I hissəsinə uyğun olaraq əvvəllər hakim (intizam qaydasında vəkillik və ya hakimlik fəaliyyətinə xitam verilmiş şəxslər, həmçinin Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən qiymətləndirmə nəticəsində səlahiyyətləri uzadılmamış hakimlər istisna olmaqla) işləyən namizədlərin peşə yararlılığının qiymətləndirilməsi məqsədilə 14 yanvar - 18 mart 2026-ci il tarixlərində ixtisas imtahanının şifahi müsahibə mərhələləri keçirilib. Kolegiyadan "Olaylar"a bildirilib ki, müsahibələr tam şəffaf və obyektiv qaydada, videomüşahidə şəraitində təşkil olunub. Şifahi mərhələdə ümumilikdə 90 vəkilliyə namizəd iştirak edib.
İmtahanların nəticələrinə görə, Vəkillərin İxtisas Komissiyası tərəfindən peşə yararlılığına dair rəyini alan 66 nəfər (6 keçmiş hakim) vəkilliyə namizəd icbari təlim mərhələsinə buraxılıb.
Qeyd edək ki, vəkilliyə namizədlərin icbari təlimi 06.04.2026-cı il tarixində saat 10:00-da Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında başlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
12
5
olaylar.az

6Источники