RU

Çin hərbi əməliyyatlara dərhal son qoyulmasını və sülh danışıqlarına başlanmasınıTƏLƏB EDİR

Çin İrandakı müharibədə iştirak edən tərəfləri dərhal atəşkəs elan etməyə və mümkün qədər tez sülh danışıqlarına başlamağa çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq 2 apreldə keçirdiyi brifinqdə bildirib.

Mao Ninq qeyd edib: “Hərbi vasitələr əsas problemləri həll edə bilməz. Döyüşlərin uzadılması və münaqişənin şiddətlənməsi heç bir tərəfin maraqlarına xidmət etmir”.

O əlavə edib ki, “hərbi əməliyyatlara dərhal son qoyulmalı, sülh danışıqlarına tezliklə başlanmalı və daha böyük humanitar fəlakətin qarşısı alınmalıdır”.

Qeyd olunur ki, bu çağırış ABŞ Prezidenti Donald Trampın yaxın iki-üç həftə ərzində İrana qarşı güclü zərbələr endirmək niyyətini açıqlamasından sonra gəlib.

Aminə ŞAHSUVARQIZI

Избранный
2
22
redaktor.az

10Источники