"Arayik Harutyunyan bir neçə dəfə istefa vermək niyyətində olduğunu bildirib. Siyasi sahəmizdəki nümayəndələrin, o cümlədən keçmiş prezidentlərin və Ruben Vardanyanın uzun müddət onu belə bir addım atmamağa inandırmağa çalışdıqlarının şahidi olmuşam".
"Unikal" xəbər verir ki, bunu Qarabağda ləğv olunmuş separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanyan deyib.
Onun sözlərinə görə, Arayik Harutyunyan istefa vermək istəməyini ən azı beş-altı nəfərlə müzakirə edib: "Bu, o dövrdə çox güman ki, düzgün deyildi. Harutyunyan istefa verməli olduğu məsələsini "Artsax"ı bu vəziyyətdən çıxaracaq tədbirlər görmək üçün resurslarının olmadığını deyərək əsaslandırdı".
Qeyd edək ki, bu ilin əvvəlində Bakı Hərbi Məhkəməsində Arayik Harutyunyan qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
Ağarza Elçinoğlu