RU

Trampın çıxışından sonra İrandan ABŞ və İsrailə yeni VƏD

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

İran Silahlı Qüvvələri ABŞ və İsrailə qarşı dağıdıcı zərbələr endirmək niyyətində olduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu açıqlama ABŞ Prezidenti Donald Trampın 1 aprel tarixli çıxışına cavab olaraq verilib. Tramp çıxışında İrana qarşı iki-üç həftə ərzində sərt zərbələr endirəcəyini və ölkəni “Daş dövrünə qaytaracağını” bildirmişdi.

Silahlı Qüvvələrin sözçüsü İran dövlət xəbər agentliyi IRIB tərəfindən dərc edilən açıqlamada bildirib: “Aldığınız güclü və inanılmaz zərbələrdən sonra bizdən daha sarsıdıcı, daha genişmiqyaslı və dağıdıcı hərəkətlər gözləyin”.

Sözçü əlavə edib ki, müharibə ABŞ və İsrail “rüsvayçılıq, utanc, uzunmüddətli peşmançılıq və son təslimiyyət” ilə üzləşənə qədər davam edəcək.

İran Trampın İran silahlı qüvvələrinin əhəmiyyətli dərəcədə zəiflədiyinə dair iddialarını təkzib edib və bildirib ki, ABŞ “nəhəng və strateji imkanlarımız haqqında heç nə bilmir”.

Həmçinin qeyd olunub: “Hədəf aldığınızı düşündüyünüz mərkəzlər əhəmiyyətsizdir. Strateji hərbi istehsal müəssisələrimiz heç bir şey bilmədiyiniz yerlərdə yerləşir və siz onlara heç vaxt çata bilməyəcəksiniz”.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
1
redaktor.az

2Источники