Eks-prezident Serj Sarkisyanın sədrlik etdiyi Ermənistan Respublika Partiyasının icra orqanı 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkilərində iştirak edib-etməmək barədə iclas keçirib.
“Cebheinfo.az”-ın məlumatına görə, ətraflı müzakirələrdən sonra Ermənistan Respublika Partiyasının bu seçkilərdə birbaşa iştirak etməmək barədə qərar qəbul edib.
Qərarın əsaslandırılması və partiyanın növbəti addımları ERP-nin aprelin 4-də keçiriləcək 18-ci milli qurultayında təqdim olunacaq.