02 aprel 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov tərəfindən İcra Hakimiyyətinin inzibati binasında vətəndaş qəbulu keçirilmişdir.
Qəbul zamanı vətəndaşların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilmiş, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilmişdir.
İlk olaraq müraciət edən Masallı şəhər sakini maddi yardım ilə bağlı xahişini bildirmişdir.
Növbəti Masallı sakini tərəfindən olunan müraciət qaz təchizatı üzrə yaranmış borc məsələsi ilə əlaqədar olmuşdur.
Xırmandalı kənd sakini tərəfindən torpaq məsələsi ilə bağlı müraciət səsləndirilmişdir.
Bədəlan kənd sakini tərəfindən məşğulluq məsələsi bağlı məsələ rayon rəhbərinin diqqətinə çatdırılmışdır.
Çaxırlı kənd sakini tərəfindən yol infrastrukturu ilə bağlı problem qeyd olunmuşdur.
Şıxlar kənd sakini tərəfindən əlillik dərəcəsinin müəyyən edilməsi ilə bağlı müraciət edilmişdir.
Daha sonra Çaxırlı kənd sakini tərəfindən onun barəsində edilmiş şikayətin araşdırılması xahiş olunmuşdur.
Sonuncu müraciət Şərəfə kənd sakini tərəfindən paybəlli torpaq sahəsi ilə bağlı olmuşdur.
Bütün müraciətlər qeydiyyata alınmış, bir qismi yerindəcə öz həllini tapmış, digərlərinin araşdırılması və həlli istiqatində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, məsələlərin həlli nəzarətə götürülmüşdür.