RU

Rusiyanın tam işğal etdiyi vilayət - Luqansk, 26,683 km ərazi...

Aprelin 1-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı qondarma “Luqansk Xalq Respublikası”nın bütün ərazisinə nəzarəti ələ keçirdiyini bəyan edib. Bəzi ekspertlərə görə, bu, fasilə verilən Rusiya-Ukrayna danışıqlarında Moskvanın mövqeyini gücləndirə və Kiyevə təzyiqi artıra bilər.

Musavat.com Rusiya mediasına istinadən yazır ki, Luqansk “uğuru” artıq cəbhənin digər hissələrinə də təsir edib.

Qeyd olunur ki, “LXR”-in işğal edilməsi avtomatik olaraq orada yerləşdirilən bütün bölmələrin yeni istiqamətlərə yerləşdirilməsi demək deyil. Əksinə, bu mərhələdə əsas məqsəd əldə edilmiş mövqeləri möhkəmləndirməkdir.

Ukrayna Silahlı Qüvvələrinin əks-hücumlarının qarşısını almaq üçün istehkamlar və çoxmərtəbəli müdafiə qurmaq lazım gələcək. Politoloq Yuri Svetovun sözlərinə görə isə “LXR”-in ələ keçirilməsi danışıqlar prosesinə heç bir şəkildə təsir etməyəcək. Çünki Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı hələ ötən ilin avqustunda Ukraynanın bu ərazisinin 99,7%-nin Rusiyanın nəzarəti altında olduğunu bildirmişdi.

Picture

Qeyd edək ki, Ukrayna SSR Ali Sovetinin Rəyasət Heyətinin 5 mart 1958-ci il tarixli Fərmanı ilə Voroşilovqrad vilayəti Luqansk vilayəti adlandırıldı.

Ukrayna SSR Ali Sovetinin Rəyasət Heyətinin 5 yanvar 1970-ci il tarixli Fərmanı ilə vilayətin adı Voroşilovqrad olaraq bərpa edildi. 4 may 1990-cı ildə Ukrayna SSR Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə Voroşilovqrad vilayəti Luqansk vilayəti adlandırıldı. 19 iyun 1991-ci ildə Ukrayna SSR Ali Soveti Ukrayna SSR Konstitusiyasına müvafiq olaraq dəyişiklik etdi. 1991-ci ildən bəri vilayət Ukraynanın bir hissəsidir.

Luqansk vilayəti Rusiyasının cənub-qərbində, Donetsk silsiləsində və Severski Donetsk çayı hövzəsində yerləşir. Cənub-qərbdən və qərbdən Donetsk vilayəti, şimal-qərbdən Ukraynanın Xarkov vilayəti, şimaldan Belqorod vilayəti, şimal-şərqdən Voronej vilayəti və şərqdən və cənubdan Rostov vilayəti ilə həmsərhəddir. Ərazisi 26,683 km-dir. Müharibəyədək əhalisi 1,4 milyon nəfər olub. Vilayət 37 şəhərdən ibarətdir, ən sıx məskunlaşmış ərazilər Luqansk və onun ətraf əraziləri, eləcə də Lisiçansk-Severodonetsk şəhər aqlomerasiyasıdır.

Musavat.com 

Избранный
19
musavat.com

1Источники