RU

Heydər Əliyev Sarayının qarşısındakı yeraltı ekskalatorlar NİYƏ İŞLƏMİR? - Nəsimi RİH-dən AÇIQLAMA

Heydər Əliyev Sarayının qarşısında ulu öndər Heydər Əliyevin adına salınan parkın uzun müddətdir, baxımsız qalması, parkda fəaliyyət göstərən ekskalatorların qeyri-işlək vəziyyətdə olması barədə narazılıqlar var.

 

Bu barədə Pravda.az-a şikayət ünvanlayan ərazi sakinləri bildiriblər ki, ekskalatorların tez-tez fəaliyyətini dayandırması yaşlı vətəndaşlar, uşaqlılara çətinlik yaradır.

 

Onlar bildiriblər ki, Ulu öndər Heydər Əliyevin heykəlinin rənglənməsinə ehtiyac var: “Parkdakı oturacaqlar köhnəlib, fantanlar vaxtlı-vaxtında açılmır. Bir sözlə, Ümummilli Liderin adına olan parkın baxımsız halda qalması qəbuledilməzdir. Nəsimi Rayon İcra Hakimiyyəti ərazidə heç bir səliqə-səhman yaratmır. İllərdir, park necə vəziyyətdədirsə, eyni cür qalıb. Yenilənmə, bərpa işləri aparılmır”.

 

Pravda.az məsələni aydınlaşdırmaq üçün Nəsimi Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb. RİH-nin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdirinin müavini, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Vaqif Zeynalov deyib ki, parka giriş-çıxışı təmin edən yeraltı keçidlərdəki eskalatorlarla bağlı aidiyyəti qurumlara rəsmi müraciət olunub: “Qeyd edilən digər faktlar isə keçirilmiş baxış zamanı öz təsdiqini tapmayıb”.

 

Aytəkin Qardaşova

Tarix: 2 Aprel 2026, 11:20   
Избранный
31
1
pravda.az

2Источники