RU

Qattuzo İtaliya millisindən qovulacaq

Cennaro Qattuzo Italiya millisinin baş məşqçi postundan istefaya göndəriləcək.

Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.

“Skuadra adzura” ardıcıl üçüncü dəfə dünya çempionatında iştirak edə bilməyəcək. İtaliya komandası sonuncu dəfə DÇ-2014-də mübarizə aparıb.

Qeyd edək ki, İtaliya 4 qat dünya çempionudur.

Qattuzo 2025-ci ildə İtaliya yığmasının “sükanı” arxasına keçmişdi.

Избранный
18
msport.az

1Источники