RU

Yüksək Liqa: 1/4 finalın cavab oyunları start götürür

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin ikinci oyunları start götürəcək.

Fanat.Az xəbər verir ki, ilk olaraq iki matç keçiriləcək.

Öncə "Turan" "Murov Az Terminal"ı qəbul edəcək. Görüş Tovuz Olimpiya İdman Kompleksində, saat 16:00-da başlayacaq.

Saat 18:00-da isə "DH Volley" Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində "Azərreyl"lə üz-üzə gələcək.

"Turan" və "DH Volley" ilk matçlarda inamlı qələbəyə seviniblər - 3:0.

Xatırladaq ki, 1/4 finalın digər oyunları aprelin 3-də keçiriləcək.

Toğrul

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
24
1
fanat.az

6Источники