RU

İdmançılarımızın aprel ayı üçün reytinqi

Yazını böyüt
Yazını kiçilt

Gənclər və İdman Nazirliyi (GİN) Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2026-cı il aprelin 1-nə olan reytinq cədvəlini açıqlayıb.

Hafta.az xəbər verir ki, GİN-in mətbuat xidmətinin məlumatına görə, siyahının ilk iki pilləsində güləşçilər yer alıblar.

Reytinqə 480 xalla yunan-Roma güləşçisi Həsrət Cəfərov başçılıq edir. İkinci sırada sərbəst güləşçi Giorgi Meşvildişvili (460 xal) qərarlaşıb. Cüdoçu Zelim Kotsoyev 440 xalla üçüncüdür.

İlk "onluq"da, həmçinin Ülvü Qənizadə (yunan-Roma güləşi, 400 xal), Elcan Hacıyev (cüdo, 370), Murad Əhmədiyev (yunan-Roma güləşi, 320), Zelim Tçkayev (cüdo, 320 xal), Arseni Cioyev (sərbəst güləş, 320) və Eldəniz Əzizli (yunan-Roma güləşi, 320 xal) yer alıblar.

Избранный
51
6
hafta.az

10Источники