RU

YAP Bərdə rayon təşkilatının kollektivi Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya Aparatın kollektivi ilə birlikdə Aprel qələbəsinin 10 illiyi münasibətilə Bərdə rayonundan olan Aprel şəhidlərinin ailələri ilə görüsüb, onların xatirəsini ehtiramla yad ediblər.

Görüş zamanı YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya Aprel döyüşlərində əldə olunan qələbənin torpaqlarımızın işğaldan azad edilməsi yolunda dönüş nöqtəsi olaraq tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, Müzəffər Liderimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun, igid oğullarımızın qəhrəmanlığı, dəmir birliyi nəticəsində 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfər məhz Aprel döyüşlərində əldə olunan qələbənin davamı oldu.

Görüşdə Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Baş Leytenant Həsənov Ziya Niyazi oğlunun və Musayev Səbuhi Rəfael oğlunun keçdiyi döyüş yolundan danışılıb. Bildirilib ki, onların şücaəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib, medallara layiq görülub.  

Görüş zamanı Aprel şəhidlərinin ailələri Müzəffər Liderimiz cənab İlham Əliyevə və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya daim şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə dərin minnətdarlıqlarını ifadə ediblər.

Избранный
31
ikisahil.az

1Источники