Bu gün Tehranın bombalanması nəticəsində İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri və sabiq XİN rəhbəri Kamal Xərrazi yaralanıb.
Vətəninfo.az xəbər verir ki, bununla bağlı, SEPAH-ın “Telegram” kanalı məlumat yayıb. Bildirilib ki, Kamal Xərrazinin iqamətgahı ABŞ və İsrail qırıcıları tərəfindən vurulub.
Hücumda Xərrazinin həyat yoldaşının öldüyü bildirilir. Özü isə ağır yaralanıb və hazırda xəstəxanadadır.