RU

2 aprel – Dünya Autizm Məlumatlandırma Günü qeyd edilib

Hər il 2 aprel BMT-nin qərarı ilə Dünya Autizm Məlumatlandırma Günü kimi qeyd olunur. Məqsəd cəmiyyətdə autizm haqqında məlumatlılığı artırmaq və autizmli insanların həyat keyfiyyətini yaxşılaşdırmaqdır.

QHT.az xəbər verir ki, Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək İctimai Birliyi bu əhəmiyyətli gün münasibətilə xüsusi tədbir təşkil edib. Tədbir çərçivəsində autizm spektrli yeniyetmələr və xüsusi qayğıya ehtiyacı olan,valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün gəzinti və kino proqramları həyata keçirilib, onların sosial bacarıqlarının inkişafı və cəmiyyətə inteqrasiyasına dəstək göstərilib.

Birliyin nümayəndələri bildiriblər ki, belə təşəbbüslər uşaqların fərqliliklərini qəbul etməsi, cəmiyyətə adaptasiyası və sosial mühitdə bərabər imkanlara sahib olması baxımından böyük əhəmiyyət daşıyır.

 Dünya Autizm Məlumatlandırma Günü hər kəsi fərqlilikləri anlamağa, autizmli uşaqlara sevgi və dəstək göstərməyə çağırır.

 

Fatimə Nəbiyeva

Избранный
25
qht.az

1Источники