RU

Aprel döyüşləri dönüş nöqtəsi oldu



"Aprel döyüşləri Azərbaycanın gücünü, xalqımızın iradəsini və ordumuzun sarsılmaz ruhunu dünyaya göstərən şərəfli tarixdir".

Newscenter.az xəbər verir ki, bunu hüquqşünas Əli İbrahimov deyib. Onun sözlərinə görə, 2016-cı ilin həmin günlərində düşmənin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu yalnız mövqelərini qorumadı, həm də sübut etdi ki, bu xalq torpağına sahib çıxmağı bacarır və heç vaxt işğalla barışmayacaq:

"Aprel döyüşləri bir dönüş nöqtəsi oldu, bu, böyük zəfərin başlanğıcı, qələbəyə aparan yolun ilk ciddi addımı idi. O günlərdə yazılan qəhrəmanlıq salnaməsi 2020-ci ilin möhtəşəm Zəfərinə gedən yolun əsasını qoydu. Şəhidlərimizin qanı ilə suvarılan torpaq bizə bir daha xatırlatdı ki, Vətən uğrunda mübarizə müqəddəsdir və bu mübarizədə geri dönüş yoxdur.

Aprel döyüşləri qürur, şərəf və gələcək qələbələrin müjdəçisi idi".

Süleyman
Избранный
49
1
newscenter.az

2Источники