Neft qiymətləri əvvəlki sessiyada düşüşdən sonra cümə axşamı səhəri yüksəlir.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında iyun ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 5,90 dollar (5,83%) artaraq bir barel üçün 107,06 dollara çatıb. Çərşənbə günü müqavilə 2,81 dollar (2,7%) azalaraq bir barel üçün 101,16 dollara düşüb.
Nyu-York Ticarət Birjasının (NYMEX) elektron ticarət sessiyasında WTI markalı neftin may fyuçerslərinin qiyməti 4,86 dollar (4,85%) artaraq bir barel üçün 104,98 dollara çatıb. Əvvəlki sessiyada bu müqavilələr 1,26 dollar (1,2%) azalaraq bir barel üçün 100,12 dollara düşüb.