RU

Cənubi Koreyada tarakanı tutmağa çalışan kişi həbsə düşdü

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Cənubi Koreyada bir kişi tarakanı tutmağa çalışarkən mənzilini yandırıb. Yanğına səbəb olduğuna görə dörd il müddətinə azadlıqdan məhrum edilib.

Oxu.Az bu barədə Yna.co nəşrinə istinadən xəbər verir.

Hadisə Osan şəhərində baş verib. Belə ki, 30 yaşlı bina sakini zibil qutusunda tarakan görüb, onu alışqanla yandırmağa çalışıb və bu məqsədlə tezalışan sprey istifadə edib. Nəticədə alov plastik qablar, paketlər, eləcə də mənzilin divar və tavanına keçib.

Kişi giriş qapısını açıq qoyaraq küçəyə qaçıb və qonşuları xəbərdar etməyib. Sakinlərdən biri tüstüdən xilas olmaq üçün kondisionerin xarici blokuna çıxmağa çalışsa da, 14 metr hündürlükdən yıxılaraq həyatını itirib. Daha bir nəfər isə tüstüdən zəhərlənib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
36
1
oxu.az

2Источники