RU

Azyaşlı övladı ilə birlikdə maşının qarşısına qəfil çıxıb təhlükə yaratdı VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xırdalan şəhərində piyadanın yol hərəkəti qaydalarını kobud şəkildə pozması anı kameraya düşüb. Hadisə Heydər Əliyev prospekti ilə Mehdi Hüseynzadə küçəsinin kəsişməsində qeydə alınıb. Azyaşlı övladı ilə hərəkət edən valideyn yolu keçərkən təhlükəli vəziyyət yaradıb. O, yaşıl işıqda hərəkət edən avtomobilin qarşısına qəfil çıxaraq yolu keçməyə başlayıb. Sürücü təhlükəni vaxtında görərək sürəti azaldıb və qəzanın qarşısını alıb.

Avtosfer.az xəbər verir ki, bu cür hallar bir daha göstərir ki, piyadalar yolu yalnız onlar üçün nəzərdə tutulmuş yerlərdən və işıqforun icazə verdiyi halda keçməlidirlər. Xüsusilə azyaşlı uşaqlarla hərəkət edərkən valideynlər daha diqqətli və məsuliyyətli davranmalıdırlar. Yol hərəkəti qaydalarına riayət etmək hər kəsin təhlükəsizliyi üçün vacibdir və bir anlıq diqqətsizlik arzuolunmaz nəticələrə səbəb ola bilər.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
avtosfer.az

1Источники