RU

Aranı qatan legioner region klubunu xərcə saldı

AFFA İntizam Komitəsi "Şahdağ Qusar"ın futbolçusu Aqostinyo Çipesseni 3 oyunluq cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, qərar komitənin bugünkü iclasında verilib.

Anqolalı yarımmüdafiəçi 1-ci liqanın 19-cu turunda“Şəfa” ilə görüşdəki qayda pozuntusuna görə bu cəzanı alıb.

O, matçın 90+3-cü dəqiqəsində rəqibə qarşı təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə almışdı.

Bundan başqa, “Şahdağ Qusar” klubu 900 manat cərimə edilib.

Избранный
77
50
sportinfo.az

10Источники