RU

"Beşiktaş" almaniyalı müdafiəçini transfer etmək istəyir

Bakı. Trend:

"Leypziq"in müdafiəçisi Lukas Manuel Klostermann karyerasınıTürkiyə Super Liqasında davam etdirə bilər.

Trend xəbər verir ki,"Beşiktaş" almaniyalı müdafiəçini transfer etmək istəyir. Bu barədə"Sabah" nəşri məlumat yayıb.

İstanbul nəhəngi Klostermann üçün onun klubu ilə ilkindanışıqlara başlayıb. Hazırda komandasında heyətə düşə bilməyən 29yaşlı mərkəz müdafiəçisi Türkiyə klubuna keçməyə isti yanaşır.

Qeyd edək ki, "Leypziq" Lukas manuel Klostermannı 2024-cü ilinyayında "Bohum"dan 1 milyon avroya transfer edib. Almaniyamillisinin sabiq üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində6 oyunda cəmi 76 dəqiqə meydanda olub.

Избранный
21
2
az.trend.az

3Источники