RU

Tarixin ən yüksək gəlir əldə edən idmançıları müəyyənləşib - Maykl Cordan birinci, Kriştiano Ronaldo üçüncü olub

Nüfuzlu Amerika portalı "Sportico" dünya idman tarixində ən çox qazanc əldə etmiş idmançıların reytinqini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, siyahıya Maykl Cordan başçılıq edir. Əfsanəvi basketbolçu karyerası ərzində qazandığı gəlirlə bütün rəqiblərini qabaqlayıb.

Tarixin ən çox qazanan idmançıları ("Sportico"ya görə):

Maykl Cordan — 4,5 milyard dollar (inflyasiya nəzərə alınmaqla), 3,28 milyard dollar (inflyasiyasız) – basketbol

Tayqer Vuds — 2,88 milyard dollar; 1,97 milyard dollar – qolf

Kriştiano Ronaldo — 2,52 milyard dollar; 2,09 milyard dollar – futbol

Lebron Ceyms — 2,03 milyard dollar; 1,62 milyard dollar – basketbol

Lionel Messi — 1,99 milyard dollar; 1,62 milyard dollar – futbol

Arnold Palmer — 1,85 milyard dollar; 885 milyon dollar – qolf

Cek Niklaus — 1,83 milyard dollar; 930 milyon dollar – qolf

Devid Bekhem — 1,68 milyard dollar; 1,26 milyard dollar – futbol

Rocer Federer — 1,67 milyard dollar; 1,29 milyard dollar – tennis

Floy Mayvezer kiçik — 1,57 milyard dollar; 1,16 milyard dollar – boks

Qeyd edək ki, reytinq hazırlanarkən idmançıların karyera ərzində əldə etdiyi bütün gəlirlər – maaş, mükafatlar və reklam müqavilələri nəzərə alınıb.

Избранный
2
1
90deqiqe.az

2Источники