RU

Zelenski ABŞ nümayəndələri ilə müzakirələr keçirib

Bakı. Trend:

Ukrayna lideri Volodimir Zelenski çərşənbə günü ABŞ rəsmiləriilə onlayn formatda görüş təşkil edib.

Trend xəbər verir ki, bubarədə mənbələrə istinadən “Reuters” agentliyi xəbər yayıb.

Məlumata əsasən, müzakirələrdə NATO-nun baş katibi Mark Rutte,ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, prezident DonaldTrampın kürəkəni Cared Kuşner və amerikalı senator Lindsi Qrem dəiştirak ediblər.

Görüşün detalları açıqlanmayıb.

Избранный
28
1
az.trend.az

4Источники